Modern.az

Motosiklet traktora çırpıldı, sürücü öldü

Motosiklet traktora çırpıldı, sürücü öldü

Aktual

12 May 2019, 14:27

Bu gün günorta radələrində Neftçala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az Report-a istinadən xəbər verir ki, rayonun 1995- ci il təvəllüdlü Yuxarı Qaramanlı kənd sakini Soltanov Soltan Məhəmməd oğlu İkinci Qaralı kəndi ərazisində idarə etdiyi motosikletlə traktora çırpılıb.

 

Hadisəni törədən şəxs qəza yerində dünyasını dəyişib. Traktorun 1988-ci il təvəllüdlü sürücüsü Paşayev Əlisafa Ələkbər oğlu xəsarətsiz ötüşüb

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı