Modern.az

İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb  

İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb  

Aktual

13 May 2019, 10:03

Mayın 11-dən 13-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.   

  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, 2  gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.    

 

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər ölmüş, 5 nəfər xəsarət alıb.   

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilib

 

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı