Modern.az

Bakıda Arif Məlikovun heykəli qoyulacaq - SƏRƏNCAM

Bakıda Arif Məlikovun heykəli qoyulacaq - SƏRƏNCAM

Aktual

17 May 2019, 15:25

Prezident İlham Əliyev Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etsin;

Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

 

Mədəniyyət Nazirliyinə tapşırılır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etsin; Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etsin.

 

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar