Modern.az

Azərbaycandan yanacaq daşıyan avtomobil Türkiyədə partladı - VİDEO

Azərbaycandan yanacaq daşıyan avtomobil Türkiyədə partladı -  VİDEO

Aktual

17 May 2019, 23:09

Türkiyə ərazisində Azərbaycan vətəndaşına məxsus yük avtomobilində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, yanacaq daşıyan avtomobil Dilucu gömrük keçid məntəqəsindən Naxçıvan Muxtar Respublikası ərazisinə keçərkən partlayıb.

 

Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev “Azərtac”a bildirib ki, yük avtomobili partlayış nəticəsində tam yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Faktla bağlı təhqiqat aparılır.

 

Azərbaycanın Qarsdakı baş konsulluğu prosesi nəzarətdə saxlayır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?