Modern.az

Çörək sexində bir nəfər bıçaqlandı

Çörək sexində bir nəfər bıçaqlandı

Aktual

20 May 2019, 21:29

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.

 

Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.

 

Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...