Modern.az

Bakıda təkrar böyrək transplantasiyası əməliyyatı keçirildi

Bakıda təkrar böyrək transplantasiyası əməliyyatı keçirildi

Aktual

21 May 2019, 10:57

 

Unikal təkrar böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə 33 yaşlı kişi üzərində aparılıb.

 

Modern.az xəbər verir ki, donor xəstənin həyat yoldaşı olub.

 

Əməliyyat keçirən Anar Qarayevin sözlərinə görə, ona 2 il bundan əvvəl digər tibb mərkəzində böyrək koçürülsə də, təəssüf ki, ilk gündən böyrək kifayət qədər fəaliyyət göstərməyib. Və bir il sonra həmin böyrəyin xaric edilməsi zərurəti yaranıb:

“Bundan sonra təkrari böyrək transplantasiyası əməliyyatı üçün məni Səhiyyə Nazirliyinin xətti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə yönləndirdilər. Yüksəkixtisaslı, peşəkar cərrah Rəşad Şolanın əməyi sayəsində əməliyyatım uğurla keçdi. Mən ona çox minnətdaram”.

 

Cərrahın bildirdiyinə görə, əməliyyat texniki cəhətdən kifayət qədər mürəkkəb olub:

“Mürəkkəblik anatomik problemlərlə əlaqədar idi, belə ki, böyrəyi sol qalça çuxuruna köçürtdük. Bədənin böyrək damarlarını birləşdirdiyimiz (anastomoz qoyulması) hissəsində qalça damarlar dərində yerləşdiyi üçün bu, əməliyyat zamanı böyük çətinliklər yaradırdı. Bütün anatomik çətinliklərə baxmayaraq, əməliyyat uğurla keçdi. Köçürülən böyrək hazırda tamamilə normal fəaliyyət göstərir, resipiyent və donorun vəziyyəti yaxşıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı