Modern.az

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi  

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi  

Aktual

21 May 2019, 11:01

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  Modern.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 20-də  “Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq əməliyyat tədbiri keçirilib. Belə ki, rayonun Cüvə kənd sakininə məxsus torpaq sahəsinə baxış keçirilərkən orada  yabanı halda bitmiş ümumi çəkisi 1 tona yaxın 3200 ədəd çətənə kolları aşkar olunub və kökündən çıxarılaraq yandırılma yolu ilə məhv edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?