Modern.az

Goranboyun başçısı görülən işlərlə tanış oldu

Goranboyun başçısı görülən işlərlə tanış oldu

Aktual

21 May 2019, 13:04

 

Goranboy rayonunda abadlıq-quruculuq işləri sürətləndirilmişdir. Bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində  Goranboy şəhərinin küçələri yenidən qurulur.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev  21 may 2019-cu il tarixdə şəhər ərazisində aparılan təmir-tikinti işlərinə baxış keçirdi  öz tapşırıqlarını və tövsiyələrini verdi.

Daha sonra  Məhərrəm Quliyev  Uşaq Şahmat məktəbində oldu.

İcra başçısına məktəblə bağlı   məlumat verildi ki, hazırda 3 nəfər məşqçi-müəllimin rəhbərliyi ilə məktəbdə 30 nəfər şagird şahmatla məşğul olur. Şagirdlərin Ölkə birinciliyində yüksək nəticələr əldə etdiyi bildirilib. Hətta bir şagird Məmmədov Elgün Arif oğlu Birləşmiş Ərəb Əmirliyində keçirilən dünya çempionatında iştirak edib.

Sonda icra başçısı rayonda şahmatın inkişafı, məktəbin həyətində  abadlıq işlərinin aparılması bərədə öz tapşırıqlarını verdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı