Modern.az

Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı

Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı

Aktual

21 May 2019, 16:50

Bakı şəhər sakini Ə.Hacıyevi aldadaraq 10.000 ABŞ dollarını almaqda şübhəli bilinənlərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, mayın 20-də Sabunçu RPİ 12-ci PŞ-yə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı