Modern.az

Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər

Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər

Aktual

21 May 2019, 20:43

Min ildən çox yaşı olan Təbriz bazarı YUNESKO-nun dünya mirası siyahısından çıxarıla bilər.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Tarixi Bina Mütəxəsisləri təşkilatının bəyanatında məlumat verilib: “Təbrizin tarixi binaları, o cümlədən, dünyanın ən böyük qapalı bazarı olan Təbriz bazarının düzgün qorunmadığı və təmir edilmədiyi halda YUNESKO-nun siyahısından çıxarılma ehtimalı var. YUNESKO-nun bəyannaməsinin 4-cü fəsilinin B bəndinə əsasən, bazar dağılmış tarixi bina siyahısına salına bilər”.

 

Qeyd edək  ki, Təbriz bazarı 2011-ci ildə YUNESKO-nun 11-ci dünya mirasi kimi siyahıya salınmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı