Modern.az

UEFA Bakı Olimpiya Stadionunu yüksək qiymətləndirdi

UEFA Bakı Olimpiya Stadionunu yüksək qiymətləndirdi

Aktual

27 May 2019, 20:01

Bakı Olimpiya Stadionunda təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

 

Qeyd edək  ki, mayın 29-da İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında UEFA Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!