Modern.az

Zəlzələ ABŞ-ı silkələdi

Zəlzələ ABŞ-ı silkələdi

Aktual

27 May 2019, 21:48

ABŞ-ın Alyaska ştatında 5.8 bal gücündə zəlzələ olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Tədqiqatlar Mərkəzi yayıb.

 

Bildirilir ki, ştatın Kenai yarımadasında yerli vaxtla təxminən saat 01.30 radələrində baş vermiş zəlzələnin episentri 65 kilometr dərinlikdə olub.

Qeyd edilib ki, zəlzələ zamanı insan itkisi və dağıntılar qeydə alınmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!