Modern.az

Gürcüstanda mədənçilər tətili dayandırdı

Gürcüstanda mədənçilər tətili dayandırdı

Aktual

27 May 2019, 22:07

Gürcüstanın Çiatura şəhərində mədənçilərin tətili dayandırılıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, mədənçilər və “Gürcüstan manqanı” şirkəti arasında aparılan danışıqlar müsbət nəticələnib.

 

Razılığa əsasən, il ərzində mədənçilərin əməkhaqları 35% artırılacaq.

 

Çiaturada olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Tirnava bildirib ki, mədənçilər sabahdan etibarən işə çıxacaqlar.

 

Qeyd edək ki, 11-ci gündür tətil edən mədənçilər əməkhaqlarının 50 faiz artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı