Sumqayıtda mənzildə 29 yaşlı kişinin meyiti aşkarlanıb.
Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilib.
"112" qaynar telefon xəttinə məlumat daxil olub ki, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1990-cı il təvəllüdlü Həşimov Muxtar Oktay oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.