Təhsil Nazirliyinin televiziyası TƏHSİL TV "Cümhuriyyət tələbələri" adlı yeni layihəsini təqdim edir.
Modern.az xəbər verir ki, layihənin ilk buraxılışı Cümhuriyyət tələbəsi Mirismayıl Seyidzadəyə həsr olunub.
Azərbaycan Cümhuriyyətinin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri olan Mirismayıl Seyidzadəni yaxından tanıyacaqsınız.
Maarif tarixinə həsr olunmuş layihənin növbəti buraxılışını izləməyi unutmayın.