Modern.az

“Arsenal” Bakı Olimpiya Stadionunda məşqə çıxdı - FOTO

“Arsenal” Bakı Olimpiya Stadionunda məşqə çıxdı - FOTO

Aktual

28 May 2019, 20:33

İngiltərənin "Arsenal" komandası "Çelsi" ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunundan əvvəl Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hazırlıq prosesi bir saat davam edib.

 

Məşq əvvəldən sonadək media üçün açıq olub. Bu müddətdə futbolçular baş məşqçi Unay Emerinin rəhbərliyi altında müxtəlif fiziki və taktiki çalışmaları yerinə yetiriblər.

 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı