Bu gün müqəddəs Ramazan (Orucluq) ayının 24-cü günüdür. Modern.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 29-da iftar saat 20:18-də açılacaq.
Ramazan ayının 24-cü gününün duası:
"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".
Tərcüməsi:
"İlahi, bu gün Səni razı salan əməlləri Səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən Sənə sığınıram. Sənə tabe olmaq və Sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"