Modern.az

Səfir Qazaxıstan mediasına Azərbaycan Xalq Cümhuriyyətindən danışdı

Səfir Qazaxıstan mediasına Azərbaycan Xalq Cümhuriyyətindən danışdı

Aktual

28 May 2019, 23:50

Qardaş və dost ölkə Qazaxıstan Azərbaycanın nailiyyətlərini və uğurlarını hər zaman izləyir,  ölkənin media qrumları tarixi günləri özündə əks etdirən xəbərlər və analitik yazılarla öz oxucularınını diqqətini çəkə blirlər.

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümündə də ölkənin aparıcı media portalı www.e-history.kz  dövlətimizin fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla geniş müsahibə dərc edib.

Müsahibədə 1918-ci ilin 28 mayında İstiqlal bəyənnaməsi imzalayan dövlət xadimləri , Azərbaycan Dövlətinin bərqərar olması, imzalaramızın imzalar içərisində görünməsinə səbəb olan  insanların həyatından, həmin şəxsiyyətlərin sonrakı talelərindən, və həmin dövrü əks etdirən arxiv sənədlərindən bəhs olunur. Azərbaycan Parlementinin yaranması, Türk dünyası və Müsəlman Şərqində yaranan  ilk Cümhuriyyət dövlətinin keçdiyi yol, 23 aylıq  şərəfli tarix haqqında bəhs olunur.

E-history.kz portalının əməkdaşı, jurnalist Arman Süleymenovun sullarını cavablandıran diplomat Rəşad Məmmdov , eyni zamanda Qazaxıstanla Azərbaycanın qədim dostluq əlaqələrindən, Türk dünyasının lideri Nursultan Nazarbayevin Azərbaycana 2017-ci ildəki səfəri və bu səfər zamanı imzalanan mühüm sənədlərin əhəmiyyətindən danışıb.

Müsahibədə  müasir Azərbaycanın bugünkü uğurları, dövlətimizin həyata keçirdiyi mühüm layihələr barədə məlumat verilib. Diplomat Rəşad Məmmədov eyni zamanda iki lkə arasında mövcud olan təhsil layihələrində, səfirliyin əməkdaşlarının Qazaxıstanın  tanınmış təhsil ocaqlarında keçirdikləri mühazirələrin və tədbirlərin əhəmiyyətini qeyd edib.

Arman Süleymenovun hazırladığı maraqlı söhbətlə  bu linkdə  tanış ola bilərsiniz.

//e-history.kz/ru/publications/view/rashad_mammadov_adr_vipolnila_slozhnuu_istoricheskuu_zadachu__5239?fbclid=IwAR3qP2fCdSY0jklJpD7tNTDBs4DaLVl7WoVIhkgQ01cPj93uJCKp2_2Nsuk

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı