Heydər Əliyev Fondu mayın 28-də müqəddəs Goranboy rayonunda iftar süfrəsi açıb. İftar süfrəsində 400 nəfər rayon sakini iştirak edib.
Modern.az-ın xəbərinə görə, tədbirdə vurğulanıb ki, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub ölkədir. Ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir. . İftar süfrəsində cənab Prezident İlham Əliyevin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərdiyi diqqət və qayğıdan, şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açılıb.
Heydər Əliyev Fondunun daim şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin yanında olduğunu bildirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər zaman şəhidlərimizin ruhunu əziz tutduğunu, onların doğmalarına, yaxınlarına diqqət və qayğı göstərildiyini qeyd edilib.
Ramazan bayramı ərəfəsində də şəhid ailələrini, müharibə veteranlarını, əlillərini unutmayaraq onlar üçün iftar süfrəsi təşkil olunmasını fondun rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirib. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.