Modern.az

Qadını şantaj edib 25 min manatını alanlar yaxalandılar

Qadını şantaj edib 25 min manatını alanlar yaxalandılar

Aktual

29 May 2019, 12:12

Yasamal Rayon Polis İdarəsinə müraciət edən Ağdam rayon sakini olan qadın 2 nəfərin ona hədə-qorxu gəlib 25.000 manat pul verməsini tələb etmələrini bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həmin şəxslər M.Həsənov küçəsində qadından pulu alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onların R.Aslanov və N.Baxşəlıyev olduqları müəyyən edilib.

Faktla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 182-ci  (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.     Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı