Modern.az

Azərbaycan seçicilərinin sayı açıqlanıb

Azərbaycan seçicilərinin sayı açıqlanıb

Aktual

29 May 2019, 12:42

Mərkəzi Seçki Komissiyası Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurub.

Modern.az xəbər verir ki, bu haqda danışan Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahovun sözlərinə görə,  hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.

"Seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start verilib. Bu il ötən illə müqayisədə seçicilərin sayında 21 min nəfər artım müşahidə olunub. Seçicilərin 50.83 %-ni qadınlar, 49.17 %-ni isə kişilər təşkil edir. Ən yaşlı qadın seçici Bərdə rayonunun 94 saylı dairəsində qeydiyyata alınan 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqə, ən yaşlı kişi seçici isə 120 saylı Laçın seçki dairəsindən 107 yaşlı Əhmədov Şahverdidir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı