Modern.az

Bakıda final öncəsi azerkeş davası

Bakıda final öncəsi azerkeş davası

Aktual

29 May 2019, 11:30

Bakıda Avropa Liqasının final oyunundan əvvəl turistlər arasında xoşa gəlməz hadisə yaşanıb. Belə ki, “Arsenal və Çelsi”nin bir qrup azarkeşi arasında dava olub.

Modern.az xəbər verir ki, hadisə "Torqovı"dakı pivəxanaların birində baş verib.

Dava zamanı “Arsenal”ın 54 yaşlı azarkeşi Qreqori Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşması saat 23:00-da başlanacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?