"Azərbaycanın müstəqil siyasəti var, böyük güclərdən asılı deyil".
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Fransa Parlamentinin üzvü Jan-Lük Reytserdeyib.
Onun sözlərinə görə, Azərbaycanın nəinki mərkəzi, eləcə də regionları çox inkişaf edib:
“Azərbaycandakı iqtisadi inkişaf məni heyrətləndirir. Ölkənizin apardığı siyasəti çox bəyənirəm. Sizin müstəqil siyasətiniz var, böyük güclərdən asılı deyilsiniz. Siz tarazlığı, qonşuluq siyasətini qoruyub saxlaya bilmisiniz. Buradakı tolerantlıq da məni valeh edir. Azərbaycan çox təhlükəsiz ölkədir”.