Modern.az

Səməd Seyidov Poznerə şeirlə cavab verdi: “Ruhunu Şeytana satdı”

Səməd Seyidov Poznerə şeirlə cavab verdi: “Ruhunu Şeytana satdı”

Aktual

29 May 2019, 14:01

Bu günlərdə rusiyalı telejurnalist Vladimir Pozner erməni KİV-lərinə müsahibsində deyib ki, Dağlıq Qarabağa getmək istərdi.

 

Bundan əlavə, Pozner ermənilərə böyük simpatiya ilə yanaşdığını, onları “çox ağıllı” hesab etdiyini deyib. “Azərbaycanlılar bilməlidir ki, mənim qəlbim ermənilərlədir”, - o bildirib.

 

Modern.az-ın məlumatına görə, Poznerin bu fikirlərinə Azərbaycandan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov cavab verib -  özü də şeirlə.

 

Deputat rus dilində yazdığı şeiri virtualaz.org-un redaksiyasına göndərib. Onun şeirinin hərfi tərcüməsini oxuculara çatdırırıq:

 

Azərbaycanlılar başa düşməlidir ki

Pozner çoxdan vurulub

Və qəlbi ermənilərə verilib

Və özü onların qabağında əyilib

 

Daha nə etmək olar ki, başa düşürük

O, seçimini edib, artıq gizli deyil

Fikirlərini gizlətmədən, oynatmadan

O, qəlbini bizə açmağı qərara alıb

 

Budur, mən də həmin şeyi edirəm

Seçimimdə qətiyəm, gizlətmirəm

Deyirəm ki, Poznerin işi deyil

Torpağın kimin olduğu haqda hökm versin!

 

Holokost həqiqətləri kimi bilərək

Qarabağa səyahət arzu etmək

Harada ki Xocalı yanaraq

Haraya və külə çevrildi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı