Modern.az

Ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır - RƏSMİ

Ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır - RƏSMİ

Aktual

29 May 2019, 14:51

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır.

Modern.az-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, qurum gücləndirilmiş iş rejimində işləyir:

"Ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb. Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. Əlavə olaraq qeyd edək ki, “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşimizin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq".

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı