“Deputatların hüquq və səlahiyyətlərinin genişlənməsi yaxşı olardı”.
Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.
O deyib ki, son vaxtlar əsasən deputatın intizamı məsələsi ilə bağlı dəyişikliklərə diqqət yetirilir: “Deputatların qanunvericilik təşəbbüslərində fəal iştirakı ilə bağlı məsələlərə diqqət yetirilsə, daha yaxşı olar”.
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, nizam-intizam olmasa, məhsuldar iş də olmaz: “Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etmək lazımdır. Xahiş edirəm, bu məsələləri “Deputatın statusu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın”.