Modern.az

Çingiz Qənizadə Milli Məclisdə Azərbaycan polisinə təşəkkür etdi

Çingiz Qənizadə Milli Məclisdə Azərbaycan polisinə təşəkkür etdi

Aktual

30 May 2019, 12:32

Bu gün Milli Məclisdə “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi ilə bağlı müəyyən fikir ayrılıqları oldu.

 

Modern.az xəbər verir ki, sazişi  müdafiə edən deputat  Çingiz Qənizadə AvroLiqanın final oyununu yüksək qiymətləndirib.

“Dünən ölkədə AvroLiqanın final oyunu keçirildi. Bu çox böyük tədbir idi. Tədbir yüksək səviyyədə təşkil edilmişdi”.

 

Həmçinin Çingiz Qənizadə dünən Azərbaycanda keçirilən Avropa Liqasının final oyunu kimi möhtəşəm tədbirdə asayişin və təhlükəsizliyin qorunmasında əziyyət çəkmiş və profesionallığını sübut etmiş Azərbaycanın bütün polis əməkdaşlarına təşəkkür edib.

“Dünənki futbol oyunu zamanı hüquq-mühafizə orqanlarında xidmət edənlər bir daha professional və ölkədə asayişi qorumağa hazır olduqlarını göstərdilər”.

 

Milli Məclisin spikeri Oqtay Əsədov da Çingiz Qənizadənin çox mühüm məsələyə toxunduğunu qeyd edərək  Azərbaycan polisinə təşəkkürünü bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı