Modern.az

Qaz verilişində ayrı-seçkilik olur – Qənirə Paşayeva

Qaz verilişində ayrı-seçkilik olur – Qənirə Paşayeva

Aktual

31 May 2019, 14:00

“Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur”. Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında " deputat Qənirə Paşayeva deyib.

 

Xanım deputat bildirib ki, sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur:

 

“Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var”.

 

Deputat nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb:

 

“Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq”.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı