Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Hacettepe Universitetinin Polimer Kimya kafedrasının professoru Olgun Güveni qəbul edib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib ki, tanınmış alimin gəlişindən məmnunluq duyduğunu deyən rektor, universitetin tarixi, beynəlxalq əlaqələri barədə danışıb. BDU ilə tanışlığın onda xoş təəssürat yaratdığını deyən Olgun Guven təmsil etdiyi universitetin BDU ilə əməkdaşlıqda, birgə proqram və layihələrin reallaşmasında maraqlı olduğunu bildirib.
Qeyd edək ki, Türkiyə Kimyaçılar Cəmiyyətinin, Tətbiqi Kimya uzər Beynəlxalq Mərkəzin (İngiltərə), Amerika Kimyaçılar Cəmiyyətinin və Türkiyə Elmlər Akademiyasının üzvü olan Olgun Guven Kimya fakültəsində «İonlaşdırıcı radiasiya: nanomaterialların alınmasında universal vasitələr, metal nanoklaster, nanogellər, iondaşıyıcı membranlar» adlı mühazirə oxuyacaq, BDU-nun işçi qrupu ilə müzakirələr aparacaq.

Modern.az