Modern.az

Bakıda orta məktəbdə "yanğın"  - FOTO

Bakıda orta məktəbdə "yanğın"  - FOTO

Aktual

7 İyun 2019, 21:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

 

Bu barədə Modern.az-a məktəbin direktoru Dilarə Cəbrayılova məlumat verib.

 

Xanım direktor bildirib ki, uşaqlar təlimə böyük həvəslə qatılıblar.

"Bu təlimdə əsas məqsəd  məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının aşılanması olub. Düşünürəm ki, məktəblərdə bu cür təlimlərin vaxtaşırı keçirilməsinə ehtiyac var"

 

Qeyd edək ki, şərti yanğın baş vermiş məktəbdə insanların təxliyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülməsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

 

Təlim uğurla başa çatdırılıb.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...