Modern.az

Qazaxıstanda seçkiləri müşahidə edən azərbaycanlı deputat: “Bizə “qardaşlar gəldi” deyib müraciət edirlər”

Qazaxıstanda seçkiləri müşahidə edən azərbaycanlı deputat: “Bizə “qardaşlar gəldi” deyib müraciət edirlər”

Aktual

9 İyun 2019, 12:30

Bu gün Qazaxıstan vətəndaşları ölkənin yeni prezidentini seçir.

 

 Prezident postu uğrunda yeddi namizəd mübarizə aparacaq.

 

ATƏT Parlament Assambleyası tərəfindən beynəlxalq müşahidəçi kimi seçkilərə qatılan deputat Tahir Mirkişili Modern.az-a açıqlamasında heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirib.

 

“İndiyə kimi 15 seçki məntəqəsində olmuşuq. Seçicilər aktivdirlər, həvəslə səs verməyə gəlirlər. İndiyə qədər seçki məntəqələrinin açılışını və seçki prosesini müşahidə etmişik. Hələlik ciddi qanun pozuntusu ilə qarşılaşmamışıq”.

 

Müşahidəçi qismində seçkiləri izləyən deputat azərbaycanlı seçicilərlə də qarşılaşdıqlarını deyib.

 

“Bütün məntəqələrdə Azərbaycandan olduğumuzu biləndə insanlarda xoş münasibətlə rastlaşırıq. Hər kəs “qardaşlar gəldi” deyib müraciət edirlər”

 

 

Məlumat üçün bildirək ki, Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı prezident Kasım-Jomart Tokayevdir.

 

 "Ak Jol" demokratik partiyasından isə p prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır.

 

 Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdu.

 

 Qeyd edək ki, Qazaxıstan Konstitusiyasına əsasən, ölkə prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı