“Ermənistanın müdafiə naziri David Tonoyan 19 yaşlı azərbaycanlı hərbçini qətlə yetirən hərbi qulluqçulara ali hərbi mükafatlar təqdim edib”.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan öz Facebook səhifəsində yazıb.
Bu açıqlama ilə faktiki olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi dünən cəbhənin Tərtər istiqamətində şəhid olan əsgər Xəlilov Elşən Vüqar oğlunun ölümünə görə məsuliyyəti rəsmən öz üzərinə götürmüş olub.
Buna qədər Ermənistanın güc stukturtları atəşkəsin pozulması, xüsusən azərbaycanlı hərbçilərin şəhid olmasına görə məsuliyyəti öz üzərlərindən atmağa çalışırdılar.
Təsadüfi deyil ki, əsgərimizin ölümündən sonra işğal altındakı torpaqlarda yaradılmış qondarma rejimin “müdafiə nazirliyi” bu insidentlə bağlı olmadıqlarını elan etmişdi. Yerevan və Xankədindən səslənən xəbərlər arasında olan ziddiyyət isə ayrı bir analizin mövzusudur.
Hərbçimizin ölümünə görə məsuliyyəti üzərinə götürməklə Paşinyan hakimiyyyəti cəbhədə situasiyanın gərginləşməsini hədəf seçib.
Bu həm də cəbhədə 6 aydan çox davam edən nisbi sakitlik dövrününün sonra yetməsi deməkdir.