Modern.az

“Ali təhsil haqqında” qanun layihəsi – İşçi qrupu yaradılacaq, tərkibi zəngindir

“Ali təhsil haqqında” qanun layihəsi – İşçi qrupu yaradılacaq, tərkibi zəngindir

Aktual

10 İyun 2019, 14:37

“Hazırda Elm və təhsil komitəsi “Ali təhsil haqqında” qanun layihəsi üzərində hazırlıq işləri  aparmağa başlayıb. Bu günlərdə İşçi qrupu yaradılacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib.

 

Onun sözlərinə görə, İşçi qrupunun tərkibi zəngindir.

 

“İşçi qrupunun tərkibinə həm Milli Məclisin deputatları, həm də Təhsil Nazirliyinin əməkdaşları, həm  ali məktəblərin təmsilçiləri, həm də vətəndaş cəmiyyətinin nümayəndələri daxil olacaq. Yay tətili müddətində dünya təcrübəsini öyrənəcəyik. Əslində açılışa başlamışıq. Ölkə reallıqları ilə dərindən tanış olacağıq”.

Deputat “Ali təhsil haqqında” qanun layihəsinin payız sessiyasında müzakirə ediləcəyini vurğulayıb.

 

“Qanun layihəsinin ilkin variantının formalaşmasına çalışacağıq. Sentyabrda ilkin variant üzərində müzakirələr keçirib, Milli Məclisin payız sessiyasına təqdim etmək fikrindəyik”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı