Modern.az

Komitə sədri mübahisəli məsələyə aydınlıq gətirdi

Komitə sədri mübahisəli məsələyə aydınlıq gətirdi

Aktual

13 İyun 2019, 13:29

“Biz əcnəbinin Azərbaycanda olması müddətini ötən dövr ərzində 3 gündən 15 günə qədər uzatmışıq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlin parlamentin növbədənkənar iclasında Miqrasiya Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.

Deputat dünya təcrübəsində də təhlükəsizlik məsələsi nəzərə alınaraq, müəyyən müddətdən artıq ölkədə qalan əcnəbinin qeydiyyata düşməli olduğunu bildirib:

 

“Ötən iclasda bildirilmişdi ki, həm Azərbaycan, həm də başqa ölkənin vətəndaşı olan şəxs necə aşkarlana bilər.

 

Nəzərə çatdırım ki, bununla bağlı qanunvericilikdə məsuliyyət nəzərdə tutulub, başqa ölkənin vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı bu barədə müvafiq qurumlara məlumat verməlidir. Digər tərəfdən, sənədlər elektronlaşdırıldığı üçün belə halları aşkarlamaq daha asandır”.

 

Əli Hüseynli vurğulayıb ki, aeroportda təyyarədə müvafiq elanlar verilir: “Təyyarədə elanın verilməsi ehtiram xarakteri daşıyır. Əcnəbilərə məlumat verilir ki, 15 gün ərzində qeydiyyata düşməlisiniz. Bu elan ona görə verilir ki, əcnəbi sonradan pis duruma düşməsin”.

 

Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşunda deputatlar əcnəbilərin Azərbaycanda olma müddətinin uzadılmasını təklif etmiş, AZAL-ın təyyarələrində elanın səsləndirilməsinin düzgün olmadığını söyləmişdilər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı