“Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu baxımdan hökumət tərəfindən nağdsız mühitin genişlənidirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi, rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görülməkdədir”.
Modern.az xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Milii Məclisdə “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, Vergilər Nazirliyi olaraq həmkar qurumlarla bu istiqamətdə çalışırlar:
“Nağd pul kütləsinin cəmi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir.
Eyni zamanda 2016-ci il ilə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67032 post-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.