Modern.az

Nazir: “Azərbaycanda nağdsız hesablaşmalar üçün komisyon haqqı digər ölkələrdən yüksək deyil”

Nazir: “Azərbaycanda nağdsız hesablaşmalar üçün komisyon haqqı digər ölkələrdən yüksək deyil”

Aktual

14 İyun 2019, 12:54

“Azərbaycanda sadə vətəndaşlar, sahibkarlar və banklar nağdsız hesablaşmaların aparılmasında nə dərəcədə maraqlıdır?”

 

Modern.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında - “2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsində deyib.

 

“Bu suala cavab vermək üçün bir sıra məsələlərə, o cümlədən komisyon haqlarına diqqət yetirək. Hazırda Azərbaycanda pos-terminallar üzrə ödənilən komisyon haqqı 1,29-2,37% arası dəyişir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda və Böyük Britaniyada 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada isə 2-3%-dir. Yəni Azərbaycanda tariflər digər ölkələrdən yüksək deyil. Dövlət bu məsələyə müdaxilə etmir” - deyə M.Cabbarov əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı