Modern.az

İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görüldü

İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görüldü

Aktual

20 İyun 2019, 14:52

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb.

Modern.az xəbər verir ki, medal Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edilib.

Bildirilib ki, bu medal Prezident İlham Əliyevə Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə təqdim olunub.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...