Modern.az

Deputatlar 48 məsələyə görə növbədənkənar iclasa TOPLANACAQ

Deputatlar 48 məsələyə görə növbədənkənar iclasa TOPLANACAQ

Aktual

21 İyun 2019, 14:58

Milli Məclisin növbədənkənar  iclaslarının gündəliyi açıqlanıb.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

 

Onun sözlərinə görə, gündəliyə 48 məsələ daxildir:

 

“Milli Məclisin növbəti növbədənkənar iclasları  iyunun 27-si və 28-də ardıcıl olaraq keçirləcək. Hər iki iclasa ümumilikdə 48 məsələ daxil edilib.

 

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi birinci oxunuşda, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanunda, “Məhkəmələr və hakimlər haqqında”, Vergi Məcəlləsində, “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik nəzərdə tutulub”.

 

Mətbuat katibi bildirib ki, bir sıra qanunlara da dəyişiklik nəzərdə tutulub.

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı