Modern.az

Ağstafadakı qəzada ölənlərin kimliyi bilindi

Ağstafadakı qəzada ölənlərin kimliyi bilindi

Aktual

28 İyun 2019, 20:25

Ağstafa rayonunda baş verən yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.

Modern.az  "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Ağstafa rayon sakinləri - 1989-cu il təvəllüdlü Ramil Nəsirəddin oğlu Kazımov və 1991-ci il təvəllüdlü Vüsal Xıdır oğlu Axundov xəsarət alıblar.

Hər iki yaralı Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ölənlərin isə Cəsur İbrahim oğlu Ağayev və Fərhad İsmayıl oğlu Əliyev olduğu müəyyənləşib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı