Tanınmış vəkil Sərdar Qasımov vəfat edib.
Modern.az-ın məlumatına görə, bu haqda Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
A.Bağırov mərhumu xarakterizə edərkən onun tanıdığı ən vicdanlı, məsuliyyətli, prinsipial, dürüst, ələalınmaz insanlardan olduğunu vurğulayıb:
"Bu gün mərhum vəkilimizlə keçirilən vida mərasimində çıxış edən həmkarlarımız da onu məhz bu cür xarakterizə etdilər. Mərkəz Vəkil Bürosunda (keçmiş 1 saylı hüquq məsləhətxanasında) rəhbər işlədiyi bir neçə ay ərzində çox böyük işlər gördü, qısa zaman ərzində bir çox problemlərin həllinə nail oldu, fədakarlıq nümunəsi göstərdi. İntizam komissiyasının üzvü kimi də tam, hərtərəfli, obyektiv araşdırma aparmaq qabiliyyəti ilə seçilirdi, vəkillərin qanuni mənafeyini qorumağı həmişə hər şeydən üstün tuturdu".
Sədr Sərdar Qasımovun vəkillik fəaliyyəinin əvəzsiz olduğunu qeyd edib:
"Məkanın cənnət olsun, əziz Sərdar müəllim, vəkilliyin inkişafı üçün yorulmaz fəaliyyət göstərdiniz, bizim qəlbimizdə əbədi yer tutdunuz. Allah Sizə qəni-qəni rəhmət eləsin".