Goranboyda Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Qazanbulaq hissəsində yeni yolun çəkilişi sürətlə davam etdirilir.
Modern.az xəbər verir ki, hazırda işə xeyli sayda texnika cəlb edilmiş, yola çınqıl örtük salınmış və hamarlanma işləri aparılır.
İşlərin qarşıdakı aylarda davam edəcəyi gözlənilir.