Modern.az

Prezident iki aydır valideynlərini görmür

Prezident iki aydır valideynlərini görmür

Aktual

3 Avqust 2019, 21:33

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də baş tutan andiçmə mərasimindən bəri valideynlərini görmədiyini söyləyib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı "Ukrainskaya Pravda" nəşri yayıb.

Məlumata görə, Zelenski anasının hər gün ona zəng etdiyini bildirib:

"İki aydır ki, onları görmürəm, bəlkə də bir az artıq. Andiçmə mərasimində idilər, bundan sonra görüşə bilmədim. Anam gündə ən azı bir dəfə zəng edir və telefonu götürməyəndə inciyir".

Zelenski valideynlərinin avqustun 9-da onunla görüşə gələcəyini bildirib.

Qeyd edək ki, Zelenski bundan öncə aylıq maaşı ilə gündəmə gəlmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı