Modern.az

Bakıda zibil maşını aşdı: fəhlə xəsarət aldı

Bakıda zibil maşını aşdı: fəhlə xəsarət aldı

Aktual

12 Sentyabr 2019, 23:39

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, Balaxanı qəsəbəsi ərazisində Mənzil Kommunal İstehsalat Birliyinə (MKİS) məxsus zibil daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı idarədə fəhlə işləyən 1979-cu il təvəllüdlü Əsgərov Seymur Telman oğlu xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!