Modern.az

Bir neçə rayonda qaz təchizatı dayandırılıb

Bir neçə rayonda qaz təchizatı dayandırılıb

Aktual

13 Sentyabr 2019, 09:46

Sentyabrın 13-də səhər saat 09:00-dan “Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunduğu üçün Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

“Azəriqaz”dan Modern.az-a verilən məlumata görə, bundan başqa saat 09:00-dan orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsi və 10:00-dan aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq ediləcək.  

Biləsuvar rayonunda M. İbrahimov küçəsində isə diametri 57 mm olan qaz xəttini minik avtomobili ilə vuraraq qırıblar.

“Azəriqaz”dan verilən məlumata görə, hadisə yerinə yol polisi əməkdaşları da gəlib. Baş verənlər sənədləşdirilib. Qəza zamanı 25 qeyri-əhali qrupuna daxil olan abonentin (çörək, qənnadı istehsalı ilə məşğul olan müəssisələr və başqaları) qaz təchizatı dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı