Modern.az

Turizm Assosiyasının beynəlxalq təşkilata namizədliyi qəbul edilib

Turizm Assosiyasının beynəlxalq təşkilata namizədliyi qəbul edilib

Aktual

13 Sentyabr 2019, 11:07

Sentyabırın 12-də Rusiyanın Sankt -Peterburq şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.

 

Modern.az xəbər verir ki, sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.

 

65 turizm naziri və nazir müavini, 31 dövlət katibi, 1100-dən çox şəxsin iştirak etdiyi təşkilatın bu dəfəki sessiyasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin  rəhbərlik etdiyi Azərbaycan  nümayəndə heyəti  də iştirak edib.

 

Məlumat üçün bildirək ki, bu ilin iyun ayında yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas fəaliyyət istiqaməti turizm agentliklərinin vahid platformanı formalaşdırmaq, turizm məhsullarının və göstərilən turizm xidmətlərinin keyfiyyətini yüksəltmək, eyni zamanda  ölkədə gəlmə və getmə turizminin inkişaf etdirilməsi üçün vahid sistemin yaradılmasını təşkil etməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı