Modern.az

Bakıda bacısının ərini bıçaqlayan şəxsə 7,5 il cəza verildi

Bakıda bacısının ərini bıçaqlayan şəxsə 7,5 il cəza verildi

Aktual

13 Sentyabr 2019, 15:34

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə B.Yaqubov 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib və B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

 

B.Yaqubova Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı