Modern.az

Zaqatalada fındıq oğruları ələ keçdi

Zaqatalada fındıq oğruları ələ keçdi

Aktual

21 Sentyabr 2019, 10:15

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 2 nəfər  Qımır kənd sakini onlara məxsus evdən və həyətyanı sahədən ümumilikdə 9 kisə fındığın oğurlanması barədə məlumat veriblər.

  DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Həmin hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu edən şəxsin rayonun Bazar kənd sakini 30 yaşlı Elçin Hacıyev olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. İlkin ifadəsində E. Hacıyev etdiyi cinayət əməlini etiraf edib və oğurladığı fındıqları müxtəlif şəxslərə satdığını bildirib.

  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun  Bəhmətli kənd sakininə məxsus 126 kq fındığı oğurlayan şəxsin elə onun həmkəndlisi Qabil Arıxov olduğu müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.

  Faktlarla bağlı araşdırma aparılır.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı