Modern.az

Regional məsələlər komitəsi toplaşdı - nələr müzakirə edildi...

Regional məsələlər komitəsi toplaşdı - nələr müzakirə edildi...

Aktual

24 Sentyabr 2019, 15:33

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında  ilk iclası  keçirilib.

Modern.az xəbər verir ki,  iclası  açan komitə  sədri  Arif Rəhimzadə yeni  sessiyanın  başlanması  münasibəti ilə komitə  üzvlərini  təbrik  edib, qarşıdakı  sessiyada onlara  uğurlar  arzulayıb.
Sonra o, bu ilin yaz və növbədənkənar sessiyaları  ərzində  komitədə görülən işlərdən danışıb.

Bildirilib ki, bu  dövrdə komitənin 6 iclası keçirilib, bu iclaslarda 12 vacib  məsələ müzakirə olunub ki,  bunlardan 9-u qanun layihəsidir.

Bildirilib ki,  yaz  və  növbədənkənar  sessiyalar  müddətində komitənin ünvanına  119 təklif, ərizə və şikayət  daxil olub.  Bütün bu məsələlərə  komitədə  baxılıb müvafiq  şəkildə  həll edilib.
Arif  Rəhimzadə  hesabat  dövründə  bələdiyyələrin  fəaliyyətinə inzibati nəzarətin  həyata  keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2018-ci il üzrə illik məruzəsinin  müzakirəsindən geniş  söhbət  açıb.

Qeyd  olunub ki,  bu dövrdə  komitədə bələdiyyələrin  inkişaf  məsələləri, onların işinin  təkmilləşdirilməsi üçün  bir sıra qanunlara mühüm  dəyişikliklər edilib. Sonra  komitə  üzvlərinin  hesabat  dövründə  beynəlxalq  tədbirlərdə,  ölkə  daxilində  siyasi  və iqtisadi xarakterli  toplantılarda  iştirakından söz  açıldıb,  seçicilərlə  aparılan işlərdən  danışılıb.
Millət  vəkilləri  Fəttah Heydərov, Rüstəm Xəlilov, Fəzail İbrahimli, Tahir Rzayev, Azər Badamov, Kamran Bayramov, Cavid  Osmanov çıxış edərək komitənin payız sessiyası dövründə fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.  Hesabat  məqbul  hesab  edilib.
Arif Rəhimzadə  yaz  sessiyasının  qanunvericilik işləri  planı  ilə bağlı məlumatı da  təqdim edib. Bildirilib ki, qarşıdakı  sessiya  müddətində  komitədə “Bələdiyyə  torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara  şəhadətnamələrin verilməsi haqqında” və digər qanunlara dəyişikliklər  edilməsi  barədə  yeni qanun layihələrinin hazırlanması və  digər  sənədlərin müzakirəsi planlaşdırılır.
İclasda bələdiyyələrin statusu ilə bağlı müvafiq icra hakimiyyəti orqanının bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsinin təşkil edilməsinin vacibliyi kimi təkliflər də səsləndirildi. Ətraflı  müzakirələrdən  sonra komitənin 2019-cu ilin payız  sessiyası  üçün  qanunvericilik işləri planı  təsdiqlənib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı