Modern.az

Azərbaycanlı idmançı İtaliyada 1-ci yerə çıxdı

Azərbaycanlı idmançı İtaliyada 1-ci yerə çıxdı

Aktual

25 Sentyabr 2019, 13:30

23 Sentyabr Italiyanın Bolonya şəhərində güllə atıcılığı üzrə Avropa çempionatı keçirilib.  20-dən çox ölkənin 47 idmançısının mübarizə apardığı yarışda Azərbaycanı Dünya kubokunun 3-cüsü Ruslan Lunev təmsil edib.

 

Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, idmançımız kiçik çaplı tapancadan 25 metr məsafəyə atışda 587 xal hesabı ilə 1 ci yerə layiq görülüb.

Qeyd edək, Ruslan 22 sentyabr tarixdə güllə atıcılığının 25 m məsafəyə 5 hədəfə atışında 580 xal toplayaraq 5-ci yerə layiq görülüb və Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı