Modern.az

“Qapalı yerlərdə siqaret çəkməyə davam edirlər” - Deputatdan ETİRAZ

“Qapalı yerlərdə siqaret çəkməyə davam edirlər” - Deputatdan ETİRAZ

Aktual

30 Sentyabr 2019, 12:52

“Qadağan olunmasına baxmarayaq, qapalı yerlərdə siqaret çəkməyə davam edirlər”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Musa Quliyev deyib.

O, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələblərinə əməl edilməməsi məsələsini qaldırıb:

“Qanun qapalı yerlərdə siqaret çəkməyi qadağan etsə də, bu gün hələ də qapalı məkanlarda siqaret çəkənlər var. Parlamentin bu məsələyə müdaxilə etməyə səlahiyyəti yoxdur. Ancaq biz müvafiq qurumların diqqətinə çatdırmalıyıq ki, bu məsələni nəzarətə götrürsün”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı